[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/timthumb.jpg” ]
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə oktyabrın 21-25-də Bakıda keçiriləcək BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya modelinə (Model United Nations Security Council) start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli sərəncamına əsasən, 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasını nəzərə alaraq, simulasiya modelinin əsas mövzusu kimi “Kiber təhlükəsizlik” seçilib. Tədbir iştirakçılarının simulasiyaların keçirilmə prinsip və qaydaları, eləcə də seçilmiş mövzu ilə bağlı biliklərini artırmaq məqsədi ilə konfransdan əvvəl 2 gün ərzində (21-22 oktyabr) BMT mütəxəssisləri tərəfindən xüsusi təlim keçirilib.
Simulasiya modeli çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edəcək 45 nəfər gənc beynəlxalq siyasi mövzuları müzakirə edərək Azərbaycan reallıqları ilə daha yaxından tanış olublar. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, xarici işlər nazirinin müavini Araz Əzimov, BMT-nin Baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi, BMT İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonius Bernardus Broek və digər rəsmi şəxslər iştirak edib. Tədbirin aparıcısı Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev olmuşdur.
Tədbir zamanı BMT baş katibi Pan Gi Munun videomüraciəti də səsləndirilib.