[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/IMG_9822.jpg” ]
“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” İctimai Birliyi 12 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sahibkarların hüquqlarının qorunması mexanizmləri” adlı layihənin icrasına start verib.
Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında keçirilən tədbiri giriş sözü ilə açan “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Elçin Manafov layihə haqqında ətraflı məlumat verərək vurğulayıb ki, layihə ilə əlaqəli olan kurslar hər kəsin (tələbələrin, iş adamlarının və s.) iştirak edə bilməsi üçün həftənin şənbə və bazar günlərinə təyin olunub. Bu kurslarda “fiziki şəxslərin maarifləndirilməsi”, “ hüquqi şəxslərin yaradılması”, “Vergi, DSMF, Məşğulluq, Statistika” və s. dövlət orqanlarına hesabatların verilməsi, “Sahibkarlıq haqqında AR qanunu” və digər mövzularda dərslər keçiriləcəkdir.
Bildirilib ki, kursu bitirənlərə Sertifikatlar veriləcək və daha yaxşı nəticə göstərənlərin isə işlə təmin olunmasına şərait yaradılacaqdır.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb və şəkillər çəkdirilib.