[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”150″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/20130713_145940.jpg” ]
World Art Games – Dünya Sənət Olimpiadası bir təşkilat kimi Xorvatiyada yaranıb və missiyası dünyanın sənət şəbəkəsini yaratmaqdır. Bu təşkilata dünyanın 60-a yaxın ölkəsi üzvdür. WAG tədbirlərinin ən gözəl ideyalarından biri də başqa ölkələrdən yeni dostlar tapmaq, təcrübələrini bölüşmək, ölkələrinin mədəniyyətlərini təmsil etməkdir. Şəbəkənin növbəti tədbiri 29 iyun – 10 iyul 2013-cü il tarixlərində Xorvatiyanın Zaqreb, Lüdbreq, Vukovar və Umaq şəhərlərində keçirilib. Bu müddət ərzində sərgilər, konsert proqramı, teatr səhnəcikləri, şair və yazıçılarla görüş və digər tədbirlər keçirilib. Görüşdə rəssamlar, heykəltaraşlar, aktyorlar, müğənnilər və digər istedadlı yaradıcı gənclər öz sənətlərini nümayiş etdiriblər. Burada Argentina, Avstriya, Bosniya və Herseqovina, Çili, Monteneqro, Türkiyə, Meksika, Kolumbiya, İsrail, İran, Norveç, Yeni Zelandiya və digər ölkələr təmsil olunub. Azərbaycan birinci dəfə idi ki, bu tədbirdə iştirak edirdi. Gənclər Fondunun dəstəyi ilə Rəssamlar İttifaqının üzvləri Günel Ravilova və Lalə Ağayevanın rəsmləri Lüdbreq və Vukovar şəhərlərində sərgilənib. Tədbirdə iştirak edən Xəlilova Xatirə Xorvatiyada keçirilən bu tədbirlərdə ölkəmizi, rəssamları və onların işlərini təmsil etdiyinə görə fəxr hissi duyduğunu dilə gətirmiş və World Art Games tədbirlərində şəxsən iştirakına görə Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fonduna göstərdiyi dəstək və qayğıya görə minnətdarlığını bildirmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”8884″ id=”8884″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]