[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/02/t868.jpg” ]
2012-ci ilin sentyabr ayından etibarən “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc nəslin ekologiya hüququ sahəsində maarifləndirilməsi” adlı layihənin icrası ilə məşğuldur. Layihə çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bunlardan Bakı, Sumqayıt və Gəncə şəhərlərində treninqlərin keçirilməsi və ekologiya hüququna dair məlumat kitabçasının nəşri planlaşdırılır.
1 noyabr 2012-ci il tarixində Bakı şəhərində “Əhalinin ekoloji hüquqları və onun müdafiəsi mexanizmləri” adlı bir günlük tədbir (treninq) keçirilmişdir. Tədbirdə Azərbaycan Gənclər Fondunun nümayəndəsi Vaqif Seyidbəyov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Şövkət Bəkirov, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Baş Elmi işçisi, Professor Arif Salmanov, QHT nümayəndələri, vəkillər və tələbələr iştirak etmişlər.
Treninq “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin sədri Arzu Alıyeva və Bakı Dövlət Universitetinin Mülki Prosessual hüquq kafedrasının müəllimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Natavan Rüstəmova tərəfindən aparılmışdır. Treninqin birinci hissəsində N.Rüstəmova əhalinin ekoloji hüquqları barədə iştirakçılara ətraflı məlumat vermişdir.Tədbirin ikinci hissəsində isə Arzu Alıyeva ekoloji hüquqların müdafiə mexanizmləri barədə məlumat vermiş və iştirakçılarla interaktiv məşğələ keçmişdir ki, bu zaman bir neçə ekoloji mübahisələrə dair kazuslar həll edilmiş və testlər cavablandırılmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”6141″ id=”6141″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]