12 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Ağdam Musiqi Kollecinin tələbələrinin iştirakı ilə Ağdam Muğam Mərkəzində Konsert keçirilib. “Torpağın Səsi” layihəsi çərçivəsində keçirilən konsertin əsas məqsədi Ağdam Musiqi Kollecində təhsil alan istedadlı gənclərin ictimayyətə tanıdılması və onlarda səhnə vərdişlərinin inkişaf etdirilməsi olub.
Layihə rəhbəri Elnur Səlimovun verdiyi məlumata görə əsas repertuarı muğam və xalq mahnıları olan konsertdə təxminən 200-dən artıq tamaşaçı iştirak edib. Tamaşaçılar arasında Ağdam rayon İcra Hakimiyyətinin nümayəndələri, o cümlədən Ağdam İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov, Ağdam Musiqi Kollecinin müəllim və tələbə kollektivi, həmçinin məktəbin direktoru cənab Rəfail Musayev, rayon ictimayyəti, valideyinlər və digər qonaqlar iştirak ediblər.
İki saat davam edən konsert məktəbin birləşmiş xor və orkestr kollektivinin çıxışı ilə başlamış və soslo ifaları ilə davam etdirilib. Sonda Kollecin direktoru Rəfail müəllim konsert münasibətilə bütün kollektivi təbrik edib və daha böyük konsertlərə imza atmağı arzulayıb həmçinin bütün məktəb kollektivi və ifaçılarla xatirə şəkilləri çəkdirilib.