Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclərin və Gənclər təşkilatlarının beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi” istiqaməti üzrə müraciət edən 4 nəfərdən ibarət nümayəndə heyəti “Siyasi Psixologiya Məktəbi 3” adlı layihənin qalib olaraq 21-25 yanvar 2019-cu il tarixlərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak etmək imkanı əldə etmişdir.
Nümayəndə heyətinin tərkibində yer alan Lalə Sultanlı Asəf qızı, Jalə Məmmədova Elnur qızı, Rəsul Mehdiyev Yalçın oğlu və Cəmilə Məmmədova Yaşar qızı səfər çərçivəsində 28-29 yanvar 2019-cu il tarixlərində Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) işləri ilə tanış olmaq məqsədi ilə təcrübə səfərində iştirak edərək Azərbaycanı təmsil etmişdir.