The winners of the international painting competition “For a Green World” jointly organized by the Youth Foundation of the Republic of Azerbaijan, the Youth Foundation of Türkiye and the Eurasian Regional Center of the Islamic Cooperation Forum were announced on June 7 at the event organized at the Resource Center of Youth Organizations.
The main goal of the competition, held between March 1 and May 1 of this year, is to draw attention to environmental protection, prevention of climate change at the national, regional and global levels, and encourage the more active involvement of young people in the processes, and create a creative perspective on the issue through the eyes of Azerbaijani, Turkish and foreign Muslim youth.
The competition was organized in 2 categories – paintings made using traditional painting techniques and images made with artificial intelligence solutions, and the received applications were evaluated with the participation of a professional jury and the winners were determined. The winner of the 1st place, Fatima Abusalimova from Samukh district, the winner of the 2nd place, Sabina Hasanli from the city of Baku, the winner of the 3rd place, Kanan Abbasov from the city of Baku, were awarded a trip to Türkiye, and other outstanding young people have been awarded with certificates and gifts.
Azərbaycan Respublikasının Gənclər Fondunun, Türkiyə Gənclər Fondunun və İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə elan edilən “Yaşıl dünya üçün” adlı beynəlxalq rəsm müsabiqəsinin qalibləri 7 iyun tarixində Gənclər Təşkilatlarının Resurs Mərkəzində təşkil edilən tədbirdə elan edilib.
Cari ilin 1 mart-1 may tarixləri aralığında keçirilən müsabiqənin əsas məqsədi milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinin qarşısının alınmasına diqqət çəkmək və proseslərə gənclərin daha fəal cəlb edilməsini təşviq edərək azərbaycanlı, türkiyəli və əcnəbi dünya müsəlman gənclərinin gözü ilə məsələyə yaradıcı üslubda yanaşmaqdan ibarətdir.
Tədbirdə iştirak edən Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndəsi (dəqiqləşdirilir), İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının idarə heyətinin sədri Elvin Abbasov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentləri Bəxtiyar Yusufov, Sabir Qasımov və Ramil Əliyev öz çıxışlarında İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmiz üçün əhəmiyyətindən, dünyanın ekosisteminin qorunması istiqamətində gənclərin atacaqları addımların önəmindən və ən əsası isə birgə mübarizə ilə yaşıl gələcəyin qorunmasına xüsusi vurğu etmişlər.
Müsabiqə 2 kateqoriya üzrə – ənənəvi rəsm texnikalarından istifadə ilə hazırlanmış rəsm əsərləri və süni intellekt həlləri ilə hazırlanmış təsvirlər üzrə təşkil edilmiş və daxil olan müraciətlər peşəkar münsif heyətinin iştirakı ilə qiymətləndirilərək qaliblər müəyyən edilmişdir. 1-ci yerin qalibi Samux rayonundan Fatimə Abusəlimova, 2-ci yerin qalibi Bakı şəhərindən Səbinə Həsənli, 3-cü yerin qalibi Bakı şəhərindən olan Kənan Abbasov Türkiyəyə səfər haqqı, fərqlənən digər gənclər isə sertifikat və hədiyyələrlə mükafatlandırılmışlar.
TÜGVA ilə ortaq şəkildə həyata keçirilən müsabiqənin növbəti mərhələsi olaraq sıralarında türkiyəli müsabiqə qaliblərinin də yer aldığı heyət Azərbaycana səfər edəcək və rəsm müsabiqəsinin sərgisi təşkil ediləcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun Türkiyə Gənclər Fondu ilə ortaq şəkildə həyata keçirdiyi ikinci rəsm müsabiqəsidir. Müsabiqələrdə ümumilikdə yüzlərlə azərbaycanlı və türkiyəli gənc iştirak etmiş və qaliblərin qarşılıqlı səfərləri baş tutmuşdur.