Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Asan Könüllülər təşkilatının təşkilatı dəstəyi ilə 10-cu qrant müsabiqəsinin qalibi olmuş Hümbətzadə Natəvan İlqar qızı tərəfindən “Vətənpərvərlik ailə dəyərlərindən başlayır” adlı layihə həyata keçirilmişdir.
Layihə çərçivəsində nəzərdə tutulan təlimlər 25 dekabr 2017-ci il tarixlərində 1 saylı ASAN Xidmət Mərkəzində, 26 dekabr 2017-ci il tarixində 3 saylı ASAN Xidmət Mərkəzində və 8-9 yanvar 2018-ci il tarixlərində isə Gəncə ASAN Xidmət Mərkəzində baş tutmuşdur. Hər dörd tədbiri giriş sözü ilə açıq elan edən layihə rəhbəri Hümbətzadə Natəvan tədbir iştirakçılarına layihə ilə bağlı ətraflı məlumat verərək, layihənin əsas məqsədinin Azərbaycanda ailə dəyərlərinin, milli mentalitetimizin qorunub saxlanılması, vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün gənclərin bilik və bacarıqlarının artırılması olduğunu bildirmişdir. Daha sonra Bakı şəhərində təlimçi Günel Səfərova və Gəncə şəhərində Ceyhun Abbasov tərəfindən gənclərə Ailə dəyərləri, Erkən nigahların və boşanmaların qarşısının alınması, haqqında təlimlər keçirilmiş və iştirakçıların sualları cavablandırılmışdır. Təlimlərin hər birinə 20 nəfər, ümumilikdə isə 80 nəfər gənc cəlb olunmuşdur. Təlimlərdə iştirak edən hər bir gəncə sertifikat və bukletlər təqdim olunmuşdur.