Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XI Qrant müsabiqəsi çərçivəsində “A” kateqoriyası üzrə qalib olmuş Azərbaycan Skautlar Assosiasiyasının “Lider – təşkilatın təməlidir” layihəsi başa çatıb. Əsas məqsədi daha öncə Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin nəticəsi olaraq yaradılmış və fəaliyyət göstərən gənc liderlərin bilik və bacarıqlarının peşəkar şəkildə inkişafını həyata keçirtmək olan layihə 2 hissədən ibarət formada baş tutub. Layihənin “Lider – təşkilatın təməlidir” adlanan II hissəsi 21 – 24 mart 2019-cu il tarixlərində Astarada tamamlanıb. Belə ki,layihənin “Liderlik məktəbi” təlimlərini özündə əks etdirən I hissəsi 18-20 yanvar 2019-cu il tarixlərində Mingəçevir şəhərində keçirilməklə, Respublikamızın 11 rayonundan, ümumilikdə, 26 nəfər skautun iştirakı ilə nəticələnib. Layihə çərçivəsində ilkin olaraq təbliğat-təşviqat işləri və təqdimatlar həyata keçirilib, 3 gün ərzində liderlərə “Lider kimdir? – psixoloji yanaşma”, “Skaut lideri kimdir?”, “Uşaqlar və onların yaş psixologiyası”, “Qərar vermə, yaradıcılıq və komanda ruhunun əhəmiyyətini əks etdirəcək praktiki təlim”, “Münaqişələrin və onların həlli” və s. mövzularını əhatə edən təlimlər həyata keçirilib.
.