Azərbaycan Respublikasinin Gənclər Fondunun XI Qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən icra olunan “Nəsimi” kreativ-innovativ aksiyalarının təşkili: real, internet, e-kitabxana, sosial şəbəkələrdə” kulturoloji layihəsi həyata keçirilir.
“Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı gənclər tədbirlərinin təşkili” bölümü üzrə həyata keçirilən layihə haqqında YYSİB sədri, yazıçı-kulturoloq, layihə rəhbəri Aydın Xan Əbilov ictimaiyyət və media üçün acıqlamalarla çıxış edib.
Kreativ – mədəni industriya, kulturoloji turizm, art-biznes hadisəsi kimi Nəsimi və onun yaradıcılığı, fəlsəfi-etik baxışları vasitəsilə orta əsrlərdən bu yana üz tutan multukultural Azərbaycan mədəniyyətini, mənəvi aləmini həm gənclərə, həm də müasir dövrün tələbləri, standartları, formatları səviyyəsində tanıtmaqla kreativ turizmi inkişaf etdirmək, Nəsimi yaradıcılığını rəqəmsallaşdıraraq, beynəlxalq aləmə daşımaq, onun fəlsəfi-mədəni baxışlarını ümumbəşəri hadisə kimi yaymaq məqsədilə həyata keçirilən layihə günümüzün ədəbi-mədəni gedişatına rəng qatacaq.
Kreativ-innovativ layihə İnternet – sosial şəbəkə və yeni mediada xüsusi olaraq #BiliyimİZ həştəqi ilə, virtual aksiya formasında reallaşdırılacaq, eləcə də www.facebook.com/YeniYazarlar şəbəkə ünvanlı rəsmi Feysbuk səhifəsi və www.kitabxana.net/?oper=e_kitabxana&cat=187 keçidli elektron kitabxanada xüsusi bölümü olacaq.
İmadəddin Nəsimi və onun mənsub olduğu orta əsrlər bütöv Azərbaycan tarixi – ədəbiyyat, ilahiyyat, fəlsəfə, hürufizm, sərhədləri, mənəviyyatı, mədəniyyəti, adət-ənənələri haqqında dünyanın hər yerində yaşayan 55 milyonluq soydaşlarımız, xüsusən yad mədəniyyətlər mühitində, dəyərlərin aşınması və xaricdən gələn müxtəlif təsirlər nəticəsində milli-mənəvi köçümüzdən uzaq düşmüş gənclərimiz üçün İnternet, elektron kitabxana, sosial şəbəkələrdən yararlanaraq “Nəsimi” kreativ-innovativ, kulturoloji-virtual aksiyaların təşkili nəzərdə tutulur. Bu aksiyalar zamanı qədim Azərbaycanımızı çağdaş dünya sivilizasiyasının mərkəzlərindən biri kimi tanıtmaqla yanaşı, müxtəlif dillərdə ünsiyyət qura bilən gənclərimiz vasitəsilə Vətənimizin estetik-kreativ dəyərlərini dünyada tanıtmaq, respublikamıza beynəlxalq nüfuz gətirmək, milyonlarla xarici turisti ölkəmizə cəlb etmək baxımından həm də iqtisadi tərəfləri ilə cəlbedicidir. Nəsimi hürufizmin görkəmli nümayəndəsidir və Beynəlxalq “Nəsimi – hürufizm” Turizm Marşurutunun yaradılması üçün İnternet resurslarında və sosial şəbəkələrdə onun intellektual-kreativ təməllərini yaratmaq vacibdir. Layihə çərçivəsində kitab nəşri, Nəsimi, onun əsərləri, hürufizm mövzusunda müxtəlif elektron nəşrlərin hazırlanması, onların elektron resurslar, e-kitabxana və sosial şəbəkələrdə yerləşdirilməsi və yayımı nəzərdə tutulur, eyni zamanda, yeni media-sosial şəbəkələrdə “Nəsimi” kreativ-innovativ mərkəzin təşkili nəzərdə tutulur.
Layihə elektron təhsil, virtual fəaliyyət, elektron kitabxana, təqdimat-tanıtım, sosial şəbəkələrdə iş, kitab çapı kimi formatlarda gerçəkləşdirilməsi nəzərdə tutulub. 10.09.2019 – 10.12.2019 tarixlərində həyata keçiriləcək innovativ-kulturoloji fəaliyyət növlərindən ibarət layihə, Bakı, İnternet və sosial media, şəbəkələr, Abşeron və Lənkəran rayonlarında, 3 ay müddətində reallaşdırılılacaq. Kulturoloji layihə aşağıdakı məqsədləri çatmağı qarşısına qoyur:
1. Nəsimi yaradıcılığı və fəlsəfəsi mövzusunda ədəbi-sənət müsabiqəsinin təşkili və yazarları, bloqerlərin o janrda yeni əsərlərin yaratmağa iştirakını təşviq etmək.
2. E-kitabxanada Nəsimi və Nəsimişünaslıq ilə bağlı əsrlərindən ibarət mini elektron nəşr bölümünü yaratmaq.
3. Nəsimi və Nəsimişünaslığa dair 20 e-kitab və rəqəmsal nəşr hazırlayıb İnternetdə azad yaymaqla gənclərin, tələbələrin, məktəblilərin ixtiyarına buraxmaq.
4. Yeni İKT formaları – e-kitab, rəqəmsal nəşrlər, audio-vizual (foto-video, sosial media janrlarında), virtual-elektron məhsullar hazırlayıb Azərbaycanla və Nəsimi ilə maraqlananların istifadəsinə vermək.
5. İnternetdə – Feysbukda “Nəsimi” sosial şəbəkə resursunu yaratmaq və orada e-kitabların, vizual-virtual məhsulların elektron yayımını ardıcıl aparmaq, rəqəmsal nəşrlərin e-sərgisini keçirmək.
6. Gənclər arasında “Nəsimi” kreativ-innovativ aksiyaların təşkil etməklə kreativ və art turizmə dəstək vermək.
7. İnternet, Feysbuk, Tvviter və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini yüksəltmək.