“Məhkum olunmuş gənclərin sosial adaptasiya və peşə hazırlığı işlərinə yardım” layihəsi keçirilmişdir

72

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə «Rezonans» Gənclərin İctimаi Birliyinin həyata keçirdiyi “Məhkum olunmuş gənclərin sosial adaptasiya və peşə hazırlığı işlərinə yardım” layihəsi çərçivəsində 4 və 15 saylı CÇM-də tədbirlər keçirilmişdir. Tədbirlərdə təşkilatın sədri Turqut Abbasbəyli giriş sözü ilə çıxış edərək, layihənin məramı barədə məlumat vermiş, daha sonra ekspertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişlər.
Layihə məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma vəziyyətinin yaxşılaşdırılmasını, sağlamlığın qorunması və onların reabilitasiyası və gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır. İkinci istiqamət isə artıq azadlığa çıxdıqdan sonra məhkumların cəmiyyətdə qayıdışı ilə problemlərin həlli, normal həyata adaptasiyası, peşə hazırlığını аsаnlаşdırmаğı nəzərdə tutur. Tədbirdə layihə çərçivəsində hazırlanmış kitablar və bukletlər paylanmış və kitabxanaya hədiyyə edilmişdir. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır.