Türkiyədə keçirilən “Könüllü Kamp Lideri Təlimləri” ndə iştirak

356

Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər və İdman Nazirliyi arasında  əldə olunan razılığa əsasən Gəncə, Balakən, Mingəçevir, Şəmkir, Tovuz, Xəzər Gənclər Evlərinin rəhbərləri və fəal gəncləri 12 yanvar – 04 fevral 2019-cu il tarixlərində Türkiyənin  Antalya şəhərində yerləşən  Əlaəddin Keykubat Gənclər Düşərgəsində təşkil edilən Könüllü Kamp Lideri Təlimlərində iştirak edirlər.
Səfərdə iştirak edən gənclərdən ibarət azərbaycanlı nümayəndə heyəti 20 Yanvar faciəsi haqqında düşərgə iştirakçılarına məlumat verərək 20 Yanvar hadisəsinin xalqımızın müstəqillik əzminin güclənməsinə təsirindən və müstəqilliyə gedən şanlı yoldan bəhs etmişlər.
Sonda Qara Yanvarla bağlı sənədli film nümayiş edilmişdir.