With the support of the Youth Foundation of the Republic of Azerbaijan, Nakhchivan State University, Nakhchivan Teachers Institute, and organized by the Azerbaijan Student Youth Organizations Union (ATGTI), the “Silk Road International Youth Forum 2024” dedicated to the 101st anniversary of the birth of National Leader Heydar Aliyev was held in the Nakhchivan Autonomous Republic. 400 students and active youth participated in the event.
Before the official opening of the forum, a visit was made to the monument of Great Leader Heydar Aliyev located in the city of Nakhchivan. The official part of the event, held at the Nakhchivan Youth Center, began with the National Anthem of the Republic of Azerbaijan. Subsequently, the cherished memory of the Great Leader and our heroes who sacrificed their lives for a united Azerbaijan was proudly honored.
During the forum, speeches were made by Qadir Khalilov, Acting Executive Director of the Youth Foundation of the Republic of Azerbaijan, Vusal Alekberli, Head of the Department of the Ministry of Foreign Affairs in the Republic of Nakchivan, Aida Jalilzadeh, Vice-Rector for International Relations of Nakhchivan State University, Elshan Mammadov, Vice-Rector for Academic Affairs of Nakhchivan Teachers Institute, and Parviz Miralamli, Chairman of ASYOU, who in his opening speech spoke about the formation of the state youth policy by the Great Leader, the attention and trust he showed to the youth of the country, his recommendations, discussed the prospects of the forum, wishing the students success.
After the conclusion of the official part of the event, a performance by students of the Nakhchivan Music College under the Nakhchivan State University was heard.
Subsequently, panel discussions were held with the participation of officials on the topic “National Leader Heydar Aliyev’s Legacy – Youth Development and Leadership.” Another panel, involving foreign students studying at Nakhchivan State University, focused on “Silk Road Perspectives: Educating Youth for the Challenges of Tomorrow” was held.
It should be noted that the main purpose of the forum was to bring together local and foreign students studying in Nakhchivan to facilitate the exchange of ideas on priority topics reflected in youth policy and to increase awareness of new perspectives and challenges.
Azərbaycan Respublikasının Gənclər Fondunun, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Naxçıvan Muxtar Respublikasında 400 tələbə və fəal gəncin iştirakı ilə “İpəkyolu Beynəlxalq Gənclər Forumu 2024” baş tutub.
Forumun rəsmi açılışından öncə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyulub. Naxçıvan Gənclik Mərkəzində keçirilən tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Daha sonra Ulu Öndərin və bütöv Azərbaycan uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiram və qürur hissi ilə yad edilib.
Forumda Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Xarici İşlər Nazirliyinin NMR-dakı İdarəsinin rəisi Vüsal Ələkbərli, NDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə, NMİ-nin Tədris işləri üzrə prorektoru Elşən Məmmədov və ATGTİ-nin sədri Pərviz Mirələmli açılış nitqi ilə çıxış edərək Ulu Öndərin dövlət gənclər siyasətinin formalaşdırmasından, ölkə gənclərinə göstərdiyi diqqət və etimaddan, onlara etdiyi tövsiyələrdən bəhs edərək, forumun perspektivləri müzakirə edilib və tələbələrə uğurlar arzulayıblar.
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra NDU nəzdində Naxçıvan Musiqi Kollecinin tələbələrinin ifası dinlənilib.
Sonra rəsmilərin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyev İrsi – Gənclərin inkişafı və liderliyi” mövzusunda, NDU-də təhsil alan xarici tələbələrin iştirakı ilə isə “İpək Yolu Perspektivləri: Sabahın Çağırışları üçün Gənclərin Maarifləndirilməsi” mövzusunda panel görüşlər baş tutub.
Qeyd edək ki, forumun əsas məqsədi məhz Naxçıvanda təhsil alan yerli və xarici tələbələri bir araya toplayaraq gənclər siyasətində öz əksini tapan prioritet mövzular üzrə fikir mübadiləsini təmin etmək, yeni perspektivlər və çağırışlar haqqında məlumatlılığın artırılması mahiyyəti daşımışdır.