[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/1de29139-475f-45d3-a33f-db616a85fe67.jpg” ]
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclərin peşə təhsili və ixtisasları ilə bağlı maarifləndirilməsi” adlı sosioloji sorğunun nəticələri:
Sosioloji sorğu Bakı, Göyçay, Tovuz şəhərlərində keçirilmişdir.
Sosioloji sorğuda 300 nəfər gənc iştirak etmişdir.
Sosioloji sorğuda iştirak edən gənclərin 145-i qadın və 155-i kişidir.
Sosioloji sorğu 14 -26 yaş qruplarını əhatə etmişdir.
Gənclərdən gələcəkdə hansı peşəyə yiyələnmək soruşulduqda isə 16.8% proqramist , 16.7% iqtisadçı, 14.4 % həkim, 11.3% vəkil, 13 % texniki peşə, 10.6% mühasib, 8% jurnalist, 6% bank işi və 3.2% isə digər peşələrə yiyələnmək istədiklərini bildiriblər.
Texniki peşələr haqqında yetərli məlumatın olub olmaması haqqında soruşulduqda 37.5% məlumatlı olduqlarını bildirmişlər.
Peşə seçimi ilə bağlı kimlərin fikirlərinin önəmli olduğu sualı verildikdə isə 39% öz fikirlərinin, 42% valideynlərin, 14% müəllimlərinin, 5% digərlərinin fikirlərinin önəmli olduğunu bildirmişlər.