Azərbaycan Gənclər Fondunun ikinci qrant müsabiqəsinin nəticələri

439

2012-ci il dekabrın 26-dan 2013-cü il fevralın 15-dək elan edilmiş ikinci qrant müsabiqəsi çərçivəsində A (yerli layihələr), B (beynəlxalq layihələr) və C (fərdi layihələr) kateqoriyaları üzrə qeyri-hökumət təşkilatları və yaradıcı gənclərdən cəmi 387 layihə təklifi daxil olmuş, onlardan 132-si gənclər təşkilatı olmadığına görə müsabiqədən kənarlaşdırılmışdır. Beləliklə, A kateqoriyası üzrə 147, B kateqoriyası üzrə 34, C kateqoriyası üzrə 74 layihə (cəmi 255 layihə) Müşahidə Şurasının müzakirəsinə təqdim olunmuşdur. Müzakirələr nəticəsində Müşahidə Şurası A kateqoriyası üzrə 117, B kateqoriyası üzrə 18, C kateqoriyası üzrə 35 layihənin (cəmi 170 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir. Həmin layihələrin maliyyələşdirilməsinə cəmi 1 389 740 manat vəsait ayrılmışdır. Aşağıdakı keçidlərdə nəticələrlə tanış ola bilərsiniz.

Kateqoriya A     Kateqoriya B     Kateqoriya C