Samir Quliyev – İlk Avropa Oyunları gənc rəssamların gözü ilə

285

Mən Samir Quliyev. Tələbəyəm. Azərbaycan Memarlıq və İnşaat Universitetinin IV kursunda təhsil alıram.
Hal-hazırda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İnformasiya Texnologiyaları departamentinin direktoruyam. 2014-cü ildən MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının üzvüyəm. Bundan əlavə bir sıra yerli və beynəlxalq tədbirlərin iştirakçısı və eləcə də təşkilatçısı olmuşam.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsində “İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” layihəsi ilə qalib olmuşam. Layihəmin reallaşdırılması üçün üçün Gənclər Fondu tərəfindən 3100 AZN dəyərində maliyyə vəsait ayrılmışdır.
“İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” layihəsi əhəmiyyətli bir mövzunu əhatə edərək, geniş məqsədlərə xidmət edirdi. Layihənin keçirilməsində əsas məqsəd “Bakı-2015” İlk Avropa Oyunlarının təbliğat kampaniyasına dəstək və gənc-istedadlı rəssamların üzə çıxarılmasına yardımçı olmaq idi. Müsabiqəyə 150-yə yaxın rəsm işi təqdim olunmuşdur, hər biri öz növbəsində mövzunu əhatə etmiş, mükəmməllik və maarifləndirmə baxımından uğurlu alınmışdır.
Hesab edirəm ki, layihə tam şəkildə müvəffəq həyata keçirilmişdir. Layihənin açılış mərasimində dövlət rəsmilərinin iştirakı isə layihəyə marağın və onun yüksək səviyyədə keçirildiyini bir daha sübut etdi.
Sonda gənclərimizə səslənərək demək istəyirəm ki, fəal və təşəbbüskar olun. Hər şey bizim (Sizin) əlimizdədir, çünki biz, gənclər, – Azərbaycanın gələcəyiyik!