[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-411.jpg” ] Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə 27-30 aprel 2015-ci il tarixlərində Gəncə və Mingəçevir şəhərlərində “Gənc qadınlar klubu” adlı layihə çərçivəsində təlimlər keçirilib. Regionlarda yaşayan gənc qızlar arasında məşğulluğun təmin olunması, onların intellektual inkişafının formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə təşkil edilən layihədə hər şəhərdən 60-a yaxın gənc qızlar iştirak ediblər. Təlimçi-ekspert Nailə İsmayılova bildirdiyinə görə, Gəncə və Mingəçevir şəhərində yaşayan gənc qızlarla layihə çərçivəsində keçirilən təlimlər zamanı onların məişətdə, ictimai həyatda rastlaşdıqları problemlərlə yaxından maraqlanmağa çalışmışlar. Bildiyimiz kimi, ölkəmizdə dövlət gənclər siyasəti ilə bağlı həyata keçirilən dövlət proqramlarına əsasən gənclərin məşğulluğunun və asudə vaxtlarının təşkilinin təmin olunması, onların maarifləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir. Sözügedən layihədə də məhz bu istiqamət əsas tutularaq gənc qızların zamanın tələblərinə uyğun olaraq özlərini intellekt cəhətdən inkişaf etdirmələri tövsiyyə olunmuşdur. Təlimlərin sonunda fəal iştirakçı qızlara diplom və hədiyyələr təqdim olunmuşdur. Təlimlərin növbəti mərhələsində hər iki şəhərdən gənc qızların bir qrupu “El” Televiziya kanalında təşkil olunmuş teledebatda iştirak etmişlər. [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21894″ id=”21894″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]