Digital Youth Hub layihəsinə start verilir!
Rəqəmsal marketinqə həvəsi və bacarığı olan gəncləri 3 ay davam edəcək möhtəşəm marafon gözləyir.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı və Bakı Gənclər Mərkəzinin tərəfdaşlığı ilə keçirilir.
Layihə ərzində iştirakçılara rəqəmsal marketinqlə bağlı peşəkarlar tərəfindən təlimlər keçirilərək bu sahə üzrə özəl və dövlət sektorunun tələblərinə uyğun şəkildə yetişdirilməsi nəzərdə tutulub.
Təlimləri uğurla başa vuran namizədlər ölkənin aparıcı dövlət və biznes qurumlarında təcrübə keçmək imkanı əldə edəcək və sonda öyrəndikləri əsasında rəqəmsal kampaniyalar keçirəcəklər.
Layihə iştirakçıları qeydiyyat və müsahibə mərhələlərinin nəticələrinə əsasən seçiləcək.
Proqramda 18-29 yaşlı, ali təhsilli və ya hazırda təhsil alan 50 gənc iştirak etmək imkanı qazanacaq. Layihədə iştirak ödənişsizdir. Müraciət etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:
https://digiyouth.az/qeydiyyat/
Qeydiyyat üçün son tarix: 10.09.2019
#Qeydiyyat #DigitalYouthHub #DigitalYouthHub2019 #Digital #Youth#Rəqəmsal #Gənclik #Gənclər #tezliklə