“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsinin icrasına başlamışdır. Layihənin icrasına 01.09.2019-cu il tarixdən başlanır və 3 ay davam edəcəkdir. Layihə Zərdab və Ucar şəhərlərində həyata kəçiriləcəkdir.
Layihənin məqsədi region gənclərini könüllülük və ictimai fəaliyyətə cəlb etməklə onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə nail olmaqdan ibarətdir. Belə ki, sosial çarxlar və geniş məlumatlandırma fəaliyyəti ilə region gəncləri könüllülük və ictimai fəaliyyətə və onlar hazırlanmış fəaliyyət planına müvafiq olaraq müxtəlif tədbirlərə cəlb olunacaqlar. Gənclər qeydiyyatdan keçərək könüllü olacaqlar. Könüllülər üçün “Film saatı”, əyləncəli-intellektual oyunlar və müsabiqələr təşkil olunacaqdır.
Layihə nəticəsində gənclərdə təşəbbüskarlıq vərdişləri yaranacaq, müxtəlif tədbirlərdə iştirak etməklə ictimai fəaliyyətləri yüksələcək, bilik və bacarıqları inkişaf edəcək, layihə iştirakçıları olan gənclər ünsiyyət bacarığı, birgə-qrup halında iş öyrənəcəklər, bundan əlavə irəli sürülən aktual mövzular istiqamətində biliklər əldə edəcəklər, təqdimat bacarıqlarını öyrənəcəklər, özünün təqdim, görülən işlərin təqdim etmək vərdişləri əldə edəcəklər, onlarda ictimai fəallığa mane ola biləcək psixoloji kompleks aradan qalxacaq, sosiallaşma bacarığı inkişaf edəcək, ictimai fəal gənclərə cevriləcəklər ki, bu da onların gələcək uğurlarının təməli olacaqdır.