The presentation of the social video clip and conference held by the “Youth Anti-Drug Public Association” regarding the project “Conducting an awareness campaign on combating drug addiction among youth in border regions” with the financial support of the Youth Foundation of the Republic of Azerbaijan was held at the 4th school in Masally district. It is important to note that the main purpose of the project is to prevent the spread and use of narcotic drugs and psychotropic substances among young people, conduct extensive awareness-raising activities against drug addiction, reduce the number of young people exposed to negative effects of drug addiction and support the measures implemented by the Azerbaijani state to ensure the social activity of young people living in regions, and present a content-rich and impactful social video clip to the public.
“Gənclərin Anti-narkomaniya” ictimai birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə icra etdiyi “Sərhədyanı rayonlarda gənclərin narkomaniya əleyhinə mübarizəsini stimullaşdırmaq məqsədi ilə maarifləndirmə kampaniyasının aparılması” layihəsi ilə bağlı Masallı rayonu 4 saylı tam orta məktəbdə hazırladığı sosial videoçarxın təqdimatını və konfrans keçirib. Qeyd edək ki, layihənin əsas məqsədi narkotik maddələrin və psixotrop maddələrin gənclər arasında yayılması və istifadəsinin qarşısının alınması, narkomaniya əleyhinə genişmiqyaslı təbliğat işlərinin aparılması, narkomaniya əleyhinə təbliğat işləri aparmaqla mənfi təsirlərə məruz qalan gənclərin sayının azalmasına nail olunması, rayonlarda yaşayan gənclərin sosial aktivliyinin təmin edilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə dəstək olmaq, mövzuya aid məzmunlu və təsirli sosial videoçarx hazırlayaraq ictimaiyyətə təqdim etmək idi.
Layihənin müddəti 4 ay olmaqla, 21 dekabr 2022-ci il – 21 aprel 2023-ci il tarixləri əhatə edir. Layihənin rəhbəri Büllur Məmmədovadır. Layihə çərçivəsində hazırlanmış “Biz həyatı seçirik” videoçarxı Masallı rayonundan olan gənclər tərəfindən diqqətlə izlənib, böyük marağa səbəb olub. Təşkil olunan konfransda çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsi Təhqiqat şöbəsinin, Masallı Rayon Polis Şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin və Masallı 4 saylı tam orta məktəbin nümayəndələri ölkəmizdə narkomaniyanın yayılması ilə bağlı son statistik göstəriciləri, bu bəlanın yayılma səbəbləri, dövlət orqanlarının bu istiqamətdə həyata keçirdiyi mübarizə tədbirləri, həmçinin narkomaniya problem ilə əlaqədar problemlərin mənəvi aspektləri barədə danışıblar. Sonda tədbir gəncləri maraqlandıran suallara cavabların verilməsi ilə davam edib