[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/DSC01471.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Sumqayıt Gənclərində Təşkilati Bacarıqların” artırılması layihəsi çərçivəsində 13-14 oktyabr 2012-ci il tarixində, Sumqayıt şəhərində “İctimaiyyətlə Əlaqələr” mövzusunda təlim təşkil edilmişdir. Təlimdə Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak etmişlər. Təlimdə çıxış edən layihə əlaqələndiricisi İsmayıl Kərimov layihənin mahiyyəti haqqında iştirakçılara məlumat çatdırmışdır.
İki günlük təlimdə təlimçi Seymur Kazımov təlim iştirakçılarına PR anlayışı, PR haqqında miflər, məqsədi, PR fəaliyyətinin əsas strukturu, PR-da ünsiyyət bacarıqları, PR-da araşdırma, hərəkət, ünsiyyət, qiymətləndirmə mərhələləri, PR və reklam anlayışları arasındakı fərqlər və oxşar cəhətlər, PR strategiyası və digər mövzuları interaktiv metodla iştirakçılara çatdırmışdır. Təlimdə gənclər qrup işləri vasitəsi ilə ictimaiyyətlə əlaqələr ilə bağlı praktiki bacarıqlara yiyələnmişlər. Təlimin sonunda ümumi qiymətləndirmə aparılmış və təlimin təşkilatçıları ilə gələcək planlar müəyyənləşdirilmişdir.
Təlim iştirakçılarına təlimlərdən sonra bütün layihə iştirakçıları ilə birgə görüləcək işlər haqqında məlumat verilib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3449″ id=”3449″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]