[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/Изображение-007.jpg” ]
“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Çağırışçı gənclər arasında vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” adlı layihənin icrasını davam etdirir. 2 may 2013-cü il tarixində, layihə çərçivəsində Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 225 N-li məktəbin çağırış yaşında olan şagirdləri ilə bir qrup Qarabağ müharibəsi veteranının – ehtiyatda olan zabitlərin görüşü keçirilmişdir.
Saat 10:00-dan 11:00-dək davam edən tədbirdə Qarabağ Müharibəsi veteranı, ehtiyatda olan zabit Daşdəmir Əliyev “Gənc nəslin dövlətçiliyimizin möhkəmləndirilməsində rolu” mövzusunda, Qarabağ Müharibəsi veteranı, ehtiyatda olan zabit Şahmurad Məmmədov isə “Hərbi hazırlıq dərslərinin gənclərin vətənpərvərlik tərbiyəsinə təsirləri” mövzusunda çıxışlar etmişlər.
Çıxışlardan sonra çağırışçı gənclərin şoxsaylı sualları cavablandırılmışdır.
Daha sonra tədbir iştirakçılarına müxtəlif təbliğat materialları, o cümlədən layihə çərçivəsində hazırlanmış “Vətən Əxlaqı” kitabçası paylanılmışdır.
Tədbir bütün çağırışçı gənclərin marağına səbəb olmuşdur. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra da zabitlərlə çağırışçı gənclərin görüşü davam etmiş, gənclər fərdi qaydada da Ordu həyatına dair onları maraqlandıran çoxsaylı suallarla veteran zabitlərə müraciət etmişlər.