[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/Şəkil1804.jpg” ]
Gənc Vətənpərvərlər Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər sağlam həyat tərzi seçir” layihəsi davam edir. Layihə çərçivəsində sağlam həyat, sağlam ailə və mənəvi dəyərlər mövzusunda təbliğat işinin gücləndirilməsi və maarifçilik fəaliyyətinin genişləndirilməsində ictimaiyyətin rolu ilə bağlı Yasamal rayon ərazisində Narkomaniya, AİDS, QİÇS və cinayətkarlıq problemlərinin qarşısının alınması və xəbərdaredici işlərin qurulması istiqamətində təbliğat işləri davam etdirilir.
Yasamal rayon 27-ci polis bölməsinin əməliyyat müvəkkili baş leytenat Rizvan Rüstəmov qeyd edib ki, gənclərin narkomaniya, siqaret çəkmə və bu kimi pis vərdişlərin təsirinə düşmələrinin qarşısının alınmasına bütün cəmiyyət qoşulmalıdır. Tədbirdə Gənc Vətənpərvərlər Birliyinin fəxri üzvü A.Əsədov, birliyin Yasamal rayon yerli şöbəsinin müdiri Azad Quliyev, gvb.ucoz.com saytının redaktoru Natiq Qaçayev, güləş üzrə idman ustası İskəndər Əliyev, birliyin İdarə Heyətinin üzvü Mirəli Seyidov və digərləri iştirak etmişlər.
Qeyd olunub ki, gənclərimiz arasında sağlam həyat tərzinin təbliğ olunması günümüzün ən vacib və aktual məsələlərindəndir .