[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/ASSPY-LOGO.jpg” ]
“Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İсtimai Birliyi və “Gənc Dost” Gənclər İctimai Birliyi may ayından etibarən əlilliyi olan gənclərin sosial hüquqlarının müdafiəsinə ictimai dəstəyin verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Əlil Gənclərin Sosial Hüquqlarının Müdafiəsinə İctimai Dəstək” layihəsinin icrasına başlayıb.
Layihənin əsas məqsədi Gəncə şəhərində, Samux, Göygol rayonlarında əlilliyi olan gənclərin sosial hüquqlarının müdafiəsinə nail olmaqdır.
Layihə çərçivəsində əlil gənclərin hüquqlarının müdafiəsi istiqamətində maraqlı tərəflər arasında güclü əməkdaşlığın yaradılmasını, əlil gənclərin sosial hüquqlarının təmin edilməsini nəzərdə tutan müvafiq Dövlət Proqramı üçün Tədbirlər Planına dair yerli əlil gənclər qrupu tərəfindən tövsiyyələr paketinin verilməsi, təbliğat və maarifləndirmə materiallarının nəşri və paylanılması nəzərdə tutulub.
Həmçinin, layihə çərçivəsində yerli icra strukturlarının, bələdiyyələrin əlil gənclərin hüquqlarına və sosial statusunun yaxşılaşdırılmasına dair diqqətinin artırılması, əlil gənclərlə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın yaradılması və bələdiyyələrdə əlillərin təşəbbüslərinə Dəstək Qrupunun yaradılması həyata keçiriləcək.