[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/5.jpg” ]
Azərbaycan Tələbələr Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərimiz yeni hədəflər izində” adlı layihəsinin ilkin mərhələsi başa çatmışdır. Həyata keçirilən layihənin əsas məqsədi Türkiyə təcrübəsindən istifadə etməklə Azərbaycan gənclər təşkilatlarında könüllülər və üzvlər üçün yeni strategiyaların yaradılmasına dəstək verməkdir.
Layihənin ilkin mərhələsində Türkiyənin ən böyük gənclər təşkilatı olan Toplum Gönüllüleri Vakfının nümayəndələri Muhammed Bahri Telli və Murat Kuru ölkəmizə gələrək 3 gün boyunca Azərbaycanlı tələbələr, QHT üzvləri və könüllüləri üçün vətəndaş cəmiyyəti, layihə yazılışı, komanda işi, sosial layihələrin idarə edilməsi kimi mövzularda təlimlər təşkil etmişlər. Təlimlər Toplum Gönüllüler Vakfının tətbiq etdiyi üzvlük siyasətinə uyğun olaraq müxtəlif pillələr üzrə aparılmışdır.
Təlimlərin sonunda Azərbaycanda gənclər təşkilatlarının gələcək perspektivləri və edilə biləcək fəaliyyətlər barədə fikir mübadiləsi aparılmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”7343″ id=”7343″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]