[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/05062013537.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Demokratik Gənclər” İctimai Birliyinin “Region gənclərinin internet resurslarından səmərəli istifadəsi barədə maarifləndirilməsi” layihəsi çərçivəsində 8 iyun 2013-cü il tarixində Sumqayıt şəhər 39 nömrəli tam orta məktəbdə Sumqayıtda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin gənc müəllimləri, müxtəlif gənclər təşkilatlarının üzvləri üçün gənclərin Sosial Servislər sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı treninq keçirilib. Treninq çərçivəsində gənclər internetin imkanlarından daha səmərəli istifadə yolları, maraqlı təhsil yönümlü internet resursları haqqında məlumat alıblar. Təlimi yeni media və sosial servislər sahəsində ekspert/təlimçi olan Ramil Süleymanov və Məlahət Abdulzadə aparmışdır.
Treninqlər zamanı gənclərə interaktiv mühitdə animoto, photopeach, stadyladder, blogger, youtube, google və s. maraqlı sosial servislərin imkanları barədə məlumatlar verilmişdir. Gənclər fərdi şəkildə bu sosial servislərin imkanlarından istifadə edərək resurslar hazırlamışlar.
Eyni zamanda, treninq iştirakçılarına mövzu ilə bağlı müxtəlif elektron və çap materialları paylanılmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”7417″ id=”7417″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]