[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/IMG_0612.jpg” ]
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər sağlam həyat tərzi seçir” layihəsi çərçivəsində 15 iyun-Azərbaycan xalqının Milli Qurtuluş gününə həsr edilmiş “İdman və antinarkomaniya əleyhinə yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərlərin rolu” mövzusunda Təhsil Nazirliyinin Respublika İdman Mərkəzində elmi-nəzəri praktik konfrans və təlim keçirib.
Konfransda çıxış edən layihə rəhbəri ənənəvi karate üzrə fəxri bədən tərbiyəsi və idman işçisi M.Əliyev layihənin mahiyyətindən danışmışdır.
Konfrans başa çatdıqdan sonra diskussiyalar idman bölmələrində davam etdirilib. Tədbirin sonunda tədbir iştirakçılarına, idmançılara, qonaqlara və tədbirdə iştirak edən valideynlərə layihə ilə bağlı rəngli buklet və broşurlar paylanılıb.