[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/06/logo-gencler-fondu.jpg” ]
Belarus Respublikasında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə “Belarus-Azərbaycanlı Gəncləri” (AMB) Hərəkatının üzvləri və sədri Orxan Muxtarlı ilə görüşmüşdür. Görüş zamanı səfirə təşkilatın gələcək fəaliyyət planları haqqında fikirlər söylənilmiş, Azərbaycan mədəniyyətinin, inkişafının, müasir Azərbaycan və Qarabağ həqiqətlərinin Belarus cəmiyyətinə çatıdırılmasının önəmi barəsində söz açılmışdır. Səfir belə bir təşkilatın yaradılmasını təqdirə layiq bir hal saymış, cənab Prezident İlham Əliyevin gənclər siyasətinə xüsusi diqqət, qayğı və önəm verdiyini qeyd etmiş və qarşıda olan tədbirlərə dəstək verəcəyini bildirmişdir.
“Belarus-Azərbaycanlı Gəncləri” Hərəkatının sədri Orxan Muxtarlı müəllifi olduğu kitabları səfirə təqdim etmiş və belarus və azərbaycanlı mədəniyyət xadimlərinin birgə fəaliyyəti barədə fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, “Belarus-Azərbaycanlı Gəncləri” (AMB) Hərəkatı Azərbaycan Gənclər Fondunun dəstəyi ilə EEASA–Şərqi Avropada Təhsil Alan Tələbə və Məzunlar İB-nin lahiyəsi olaraq təsis edilmişdir. Təşkilat eyni zamanda ASAIF – Xaricdə Təhsil Alan Tələbə və Məzunların Beynalxalq Forumu İB ilə də əməkdaşlığa başlamışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”2521″ id=”2521″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]