[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/timemoney_134070865545.jpg” ]
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyələşdirdiyi, “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin icra etdiyi “Gənclərin ekologiya sahəsində təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində əhali arasında aparılmış rəy sorğusu yekunlaşmışdır. Rəy sorğusu 100 nəfəri əhatə etmişdir. Rəyi soruşulanlara münasibətlərini bildirmək üçün sorğu blankları paylanmış və nəticələr ümumiləşdirilərək yekunlaşmışdır.
Rəyi soruşulanların 80%-i ətraf mühitin insan orqanizminə təsiri barədə məlumatlı olduqlarını, 72%-i Kür çayının onların həyatında oynadığı mühüm rol barədə məlumata malik olduqlarını, 69%-i Toğay meşələrinin əhəmiyyəti barədə bildiklərini söyləmişlər, lakin əksəriyyət ekoloji durumdan narazı olduqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, Kür çayının sahillərində monitorinq keçirilir. Monitorinqin nəticələri yaxın zamanlarda elan olunacaqdır.