Yanvar ayının 22-26-da Oğuz rayon Mədəniyyə evində Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun elan etdiyi X qrant müsabiqəsinin C kateqoriyası üzrə qalib olmuş Həbibullayev Bəxtiyarın “İstedad axtarışında” adlı layihəsi həyata keçirilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd Oğuz rayonunu əhatə şəhər və kənd məktəblərindən olan 6-11-ci sinif şagirdləri arasında xüsusi istedadı, bacarıq və qabiliyyəti olan gənclərin aşkarlanması və ortaya çıxarılaraq cəmiyyətə qazandırılmasıdır.
Tədbirin keçirilməsinin bir digər məqsədi də:
Gəncləri zərərli vərdişlərdən çəkindirmək, asudə vaxtının səmərəli təşkilinə nail olmaq, intellektual potensiallarını üzə çıxarmaq, yaradıcılıq qabiliyyətini ortaya qoymaq, özünəinam və özünüdərk hissini aşılamaq, milli düşüncə ruhunu təbliğ etmək;
Gənclər arasında sağlam rəqabət mühiti yaratmaqla onları özlərini daha da inkişafa sövq etməkdir.
Müsabiqənin birinci mərhələsində rayon və kənd məktəblərindən ümumilikdə 80 nəfər iştirak etmişdir. İştirakçılar əsasən Rəqs, Rəsm, Musiqi alətində ifa etmək, Əl işləri və musiqi ifa etmək kimi nominasiyalar üzrə mübarizə aparmışdır. İştirakçıların qiymətləndirilməsi təşkilatçılar tərəfindən müəyyənləşdirilmiş Oğuz rayon Təhsil Şöbəsi, Uşaq yaradıcılıq Mərkəzi, Uşaq musiqi məktəbi, Gənclər və İdman İdarəsi və Oğuz rayon Mədəniyyət mərkəzindən dəvət olunmuş ekspertlər tərəfindən aparılmışdır.
Birinci mərhələdə ən yüksək bal toplamış 25 nəfər şagird ikinci tura vəsiqə qazanmışdır. İkinci turda şagirdlər bir daha bacarıq və qabiliyyətlərini göstərərək qalib olmaq və ən istedadlı gənc adını qazanmaq uğrunda mübarizə aparmışlar. Hər iki turun nəticələrinə uyğun olaraq təşkilat komitəsi hər nominasiya üzrə 2 nəfər ən yaxşı iştirakçını müəyyənləşdirərək 2 feral 2018-ci il tarixində keçirilən “Gənclər gününüdə” qalibləri diplom və qiymətli hədiyyələrlə təltif etmişdir.
Tədbir rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır.