Azərbaycan Respublikasının Gənclər Fondu 8 noyabr 2018-ci il tarixində Naxçıvan Muxtar Respublikasında tələbələrlə görüş keçirmişdir.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin 7 mart 2018-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsinin 3.1.9-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna aid istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üçün ərizələrin qəbulu haqqında geniş məlumat gənclərin diqqətinə çatdırılmışdır.
Tədbirdə gənclərin müsabiqə barəsində məlumatlanması, elektron qeydiyyat qaydasını mənimsəmələri məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşları Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda sosial müdafiəyə xüsusi ehtiyacı olan gənclərlə görüş keçirmiş, müsabiqə barəsində ətraflı məlumat vermiş və tələbələri maraqlandıran sualları cavablandırmışlar.