2-5 dekabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclərin və Gənclər təşkilatlarının beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi” istiqaməti üzrə müraciət edən 11 nəfərdən ibarət nümayəndə heyəti Rusiya Federasiyasının Moskva şəhərində baş tutan “Beynəlxalq Könüllülər Forumu” nda iştirak etmişdir. Fondun maliyyə dəstəyi ilə reallaşan səfər çərçivəsində iştirakçılar Rusiyanın xeyriyyə fondları, təşkilat və şirkətlərin könüllü mərkəzlərini ziyarət etmiş, mülki fəallıq və könüllülük sahəsində aparıcı mütəxəssislərlə müzakirələrə və seminarlara qatılaraq interaktiv şəbəkə sessiyaları zamanı bütün dünyada yaşıdları ilə təcrübə mübadiləsi üçün gözəl bir fürsət qazanmışlar.