Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “MediaMən” layihəsi Bakı Kompüter Peşə Litseyndə baş tutmuşdur.
Tədbiri giriş sözü ilə açan litseyin müəllimi, layihə rəhbəri Abbas Əliyev layihə barədə məlumat verərək bildirmişdir ki, layihənin həyata keçirilməsində əsas məqsəd litseydə təhsil alan tələbələrə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, İKT imkanlarından istifadə etməklə əldə edilmiş biliklər vasitəsilə onların cəmiyyətin inkişafında fəal rol oynamalarına şərait yaratmaqdır. Layihə rəhbəri Abbas Əliyev layihə çərçivəsində gənclərdə İKT-yə, təhsilə, elmə, mədəniyyət və incəsənətə yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, internet resurslarından səmərəli istifadə etməyin vacibliyini vurğulamışdır. Tədbirdə iştirak edən təlimçi Amal Əsgərov “Media nədir” “Ənənəvi media anlayışı”, sosial şəbəkələri tanıtmaq, gənclərin şəbəkələşməsindən layihə iştirakçılarına məlumat vermişdir. Daha sonra komandalara bölünərək, hər komanda irəli sürülmüş mövzu üzrə təqdimatını nümayiş etdirmişdir.