Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Tərəqqi” İctimai Birliyi 25 nəfər gəncin iştirakı ilə Cəlilabad rayonunda “Region gənclərinin start-up layihələrinin yazılması bacarıqlarının artırılması” layihəsini reallaşdırılmışdır. Tədbirdə ali və orta-ixtisas məktəblərin tələbələri təmsil olunmuşdur. Təlimin əvvəlində layihə rəhbəri tərəfindən donor haqqında məlumat verilmiş, gənclərə layihənin əhəmiyyəti vurğulanmışdır. Təlimdə iştirak edən Cəlilabad RİH-nin ictimai-siyasi sektorunun işçisi Münasib Həsənov çıxış edərək qeyd etmişdir ki, bu cür layihələrin reallaşması gənclərin inkişafında, yeniliklərin regiona gətirilməsində və iş yerlərinin açılmasında mühüm rol oynayacaqdır.
Təlimi beynəxalq dərəcəli təlimçı Rafət Şirəliyev idarə etmişdir. Təlim zamanı gənclərə “start-up biznes nədir, onun əhəmiyəti, start-up biznes planların hazırlanması və strukturu, GZİT təhlili ” mövzularında məlumat verilmiş, öz şəxsi təcrübəsindən gənclərə start-up bizneslər təqdim olunmuşdur. İştirakçılar qrup işi kimi komandalara bölünərək yaradıcı təkliflər səsləndirmiş və start-up layihələri ətrafında geniş müzkirələr aparılımışdır. Təlimin sonunda iştirakçılara sertifikatlar verilmiş və birlikdə xatirə şəkli çəkilmişdir. Bununlada layihə çərçivəsində keçirilən təlimlərə yekun vurulmuşdur. Layihə zamanı gənclərin start-up müzakirələrinin aparılması üçün facebook sosial şəbəkəsində “GƏNC START-UPÇILAR” adlı qrup yaradılmışdır.