Azərbaycan Respublikasının Gənclər Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birlikdə təşkil etdiyi “Gənclərin Məşğulluğu Proqramı” üzrə müsabiqə 30 aprel 2019-cu il tarixində yekunlaşmışdır. Qeydə alınmış müraciətlərə 30 may tarixinə qədər baxılacaqdır və növbəti günlərdə müsabiqə çərçivəsində yeni iş yerləri ilə təmin olunan gənclərlə bağlı statistik nəticələr barədə ictimaiyyətə məlumat veriləcəkdir.