Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İctimai Birliyi “Region gəncləri üçün aqrar sahibkarlıq məktəbi” adlı layihə çərçivəsində Hacıqabul rayonunda təlimlər keçirib.
Layihənin həyata keçirilməsində məqsəd interaktiv metodlarla aqrar sahibkarlıq sahəsində gənclərin bilik və bacarıqlarının artırılması olub.
Ümumilikdə 210 nəfər gənc birbaşa layihədə iştirak edib. Təlimlərdə iştirak edən bütün gənclərə sertifikat təqdim edilib. Layihə çərçivəsində mövzuya uyğun buklet çap olunaraq gənclərə paylanılıb.
Birliyin sədri Xalid Rəcəbli qeyd etmişdir ki, bazar iqtisadiyyatının formalaşdırdığı ən başlıca struktur komponentlərindən biridə aqrar sahibkarlıq fəaliyyətidir. Aqrar sahibkarlıq fəaliyyəti fiziki və hüquqi şəxslərin mənfəət əldə etməsi məqsədilə qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmət göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir. Zəngin məzmuna, müxtəlif növlərə və formalara malik olan sahibkarlıq fəaliyyəti iqtisadi və sosial tərəqqinin əsas şərtidir, aqrar sahibkarlar isə cəmiyyətin ən təşəbbüskar, çevik, elmi-texniki yenilikləri daha tez mənimsəyən və iştehsalata tətbiq edən sosial təbəqəsidir.