Gənclər Fondu Səyyar Gənclər Xidməti layihəsini təqdim edir. Layihənin məqsədi kəndlərdə yaşayan gənclərin sosial aktivliyinin artırılması, kənd gənclərinin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı onlar üçün səyyar formada müxtəlif xidmətlərin göstərilməsi, ixtisas və peşə seçimi ilə bağlı yönləndirilməsidir.Layihə çərçivəsində
– Gənc Həkim
Gənclərin ödənişsiz tibbi müayinələrinin keçirilməsi (oftalmoloq, LOR,
stomatoloq, terapevt və s.); ilkin tibbi yardımın göstərilməsi, sanitariya-gigiyena qaydaları və s.
mövzularda məlumatlandırma sessiyasının təskili.
– Gənc Psixoloq
gənclərin ilkin psixoloji diaqnostikasının aparılması;
təlim-tərbiyə, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları
ilə qarşılıqlı münasibətlər, özünütərbiyə mövzularında konsultasiya;
Peşəyönümü ilə bağlı konsultasiya.
– Gənc Müəllim/Təlimçi
gənclərin peşə məktəblərinə istiqamətləndirilməsi;
ixtisas seçimi və karyera inkişafı təlimi;
könüllülük ilə bağlı təlimlər.
– Gənclər Fondunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təqdimatının keçirilməsi
Layihəsi çərçivəsində 25-29 sentyabr tarixlərində Qazax, 30 sentyabr- 3 oktyabr tarixlərində Şəmkir və 4-8 oktyabr tarixlərində Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri, ümumilikdə, 16 kənddən 1600 nəfərdən artıq gəncin əhatə olunması planlaşdırılır. Səyyar Gənclər Xidməti layihəsi müddətində hər 3 region üzrə 16 kənd və 1600 nəfər gəncin əhatə olunması nəzərdə tutulur. Xidmətin hər regionda 5 gün olmaqla ümumilikdə 15 gün davam etməsi planlaşdırılır.