17 yanvar 2020-ci il tarixində Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Gənclər təşkilatlarının nümayəndələri, könülülük hərakatlarının rəhbərləri və gənclərin iştirakı ilə “20 Yanvar” faciəsinin 30-cu il dönümü ilə bağlı olaraq anım tədbiri keçirilmişdir.
Tədbirdə çıxış edən tarix elmlər doktoru, professor Kərim Şükürov 20 yanvar 1990-cı il tarixində Bakıda törədilən faciə ilə bağlı bəzi faktları və məlumatları gənclərin diqqətinə çatdırmışdır. Çıxışlar zamanı qeyd edilmişdir ki, 1990-ci il 21 yanvar tarixində ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqının başına gətirilən vəhşiliyə öz etirazını bildirmiş və bunu silahsız xalqa qarşı törədilən teror adlandırmışdır. Daha sonra tədbirdə iştirak edən gənclər təşkilatlarının rəhbərləri və fəal gənclər çıxış edərək 20 yanvar 1990-ci ildə xalqın başına gətirilmiş müsibətlərin gənclərə çatdırılmasınada gördükləri işlərdən söhbət açmışlar. Sonda 20 yanvar faciəsindən bəhs edən “Azadlıqla bitən SOS” filmi nümayiş olunmuşdur