Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində ““Azərbaycanda yaşayan milli azlıqlar: mədəniyyətlərarası dialoq” mövsuzunda tədbirlərin təşkili” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır.
Layihənin məqsədi Azərbaycanda yaşayan milli azlıqlar və onların həyat tərzi, həmçinin, onların dili, dini, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları ilə yaxından tanış olmaq, respublikamızdakı multikulturalizm və tolerantlıq modelini tədqiq və təbliğ etməkdən ibarətdir.
Layihənin müddəti 3 ay olmaqla, 10 may – 10 avqust 2019-cu il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsində respublika üzrə müxtəlif etnik qrupların (azsaylı xalqların nümayəndələri) təmsilçiləri olmaqla, 18-35 yaş arası 25 nəfər gənc üçün respublikamızda mövcud olan multikulturalizm və tolerantlıq mövzusunda Lənkəranda, habelə Astara və Lerik rayonlarında 28-30 iyun tarixlərində 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr və infoturlar) təşkil olunacaqdır.
Məlumat üçün bildirək ki, konfransda iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində (http://epsaya.az//view_elan.php?id=185) yerləşdirilən müvafiq ərizə formasını dolğun formada (sualların boş buraxılmaması, E-mail və telefon nömrələrinin dəqiq qeyd olunması və s.) doldurub 16 iyun 2019-cu il, Saat 24.00-adək aşağıdakı elektron ünvana təqdim etməlidirlər: