Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə keçirilən “Gənc Aqronomlar Məktəbi” layihəsinin ilkin mərhələsi uğurla başa çatıb. Layihənin sonuncu günündə “Aqrar təhsilin təbliği modeli” mövzusu müzakirə olunub. Layihə iştirakçıları aqrar sahənin və aqrar təhsilin inkişafında beynəlxalq təcrübə, Azərbaycanda kənd təsərrüfatının inkişafının müasir vəziyyəti, qarşıda duran vəzifələr, prioritet istiqamətlər barədə müzakirələr aparıblar. Təlimdən sonra məktəbin iştirakçılarına sertifikatlar təqdim olunub. İştirakçılar zəngin proqramı olan, müxtəlif fəaliyyətləri, o cümlədən, aqrar sahədə yenilikçi yanaşma, intensiv metodlara keçid üçün təklif olunan fikirləri özündə cəmləşdirən “Gənc Aqronomlar Məktəbi” layihəsini çox yüksək qiymətləndirilib. Qeyd edək ki, müsahibə mərhələsindən keçərək “uğurlu iştirakçı” statusu qazanmış 40 gənc 4 gün müddətində müxtəlif mövzulu təlimlərə cəlb edilib. Layihənin növbəti mərhələsi çərçivəsində layihə iştirakçıları Göygöl rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə ekskursiya edəcəklər.