Azərbaycan Dövlət Pedaqoji Universitetində  Xərçəng “Əslində” layihəsi təqdim olunub

107

Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun həyata keçirdiyi XI qrant müsabiqəsində qalib gələn layihələrdən biri olan Xərçəng “Əslində” layihəsi çərçivəsində müzakirələr keçirilib. Mərasimdə layihə rəhbəri Nərmin Əhmədli və ADPU-nun Tələbə Gənclər Təşkilatının sədr müavini Nurlan Hüseynov iştirak ediblər. Müzakirələrdə ekspert qismində iştirak edən tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov tələbələrə xərçəng,onun yaranmasının əsas səbəbləri, nəzəriyyələr, müalicə metodları haqqında ətraflı məlumat verib, onların suallarını cavablandırıb. Layihənin yekununda 3 günlük müzakirələrin nəticələri dəyərləndirilib, bu müddət ərzində tələbələrin xəstəlik haqqında ətraflı məlumat əldə etmələrindən və apardıqları araşdırmalardan danışılıb. Sonra iştirakçıların təltifetmə mərasimi keçirilib. 25 iştirakçıdan xüsusi fərqlənən 8 nəfərə Fəxri Fərman, digər 17 iştirakçıya isə diplomlar təqdim edilib.