“Bahar Qələbəsi – Aprel Döyüşləri” layihəsi həyata keçirilmişdir

133

15-16 fevral 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabəqəsi çərçivəsində C kateqoriyası üzrə qalib olan Günəş Şirvanzadənin “Bahar Qələbəsi – Aprel Döyüşləri” adlı layihəsi Suraxanı Gənclər evinin təşkilati dəstəyi ilə həyata keçirilmişdir. Aprel döyüşlərinin tarixi əhəmiyyətini gənclər arasında təbliğ etmək məqsədi daşıyan layihə çərçivəsində iştirakçıların Aprel qaziləri, tarixçi, hərbçilərlə görüşü təşkil edilmiş və qisa video çarx nümayiş etdirilmişdir. Qonaqlar həmçinin çıxışlarının sonunda gənclərin suallarını cavablandırmışlar. Hər 2 günün sonunda iştirakçılar sertifikatla təltif edilmiş sonda xatirə şəkilləri çəkilmişdir.