[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/599432_479659828723998_302494048_n.jpg” ]
Yuva Humanitar Mərkəzi 24 oktyabr tarixində, Bakıda “CAUCULT – Qafqaz Mədəni Təşəbbüslər Şəbəkəsi” layihəsi çərçivəsində “Mədəniyyət Fəaliyyətinin İdarə olunması” mövzusunda mədəniyyət üzrə icma liderləri üçün təlim kursuna start verib. Təlim kursunun məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan milli və mədəni qrupları təmsil edən icma liderlərinin mədəniyyət fəaliyyətinin və idarəetmə bacarıqlarının artırılması, mədəni müxtəlifliyin regional və milli səviyyədə təşviqində onların iştirakının təmin edilməsidir.
Bu layihə, Azərbaycanın bölgələrində yaşayan icma liderləri üçün mədəni və qeyri-formal təhsil proqramıdır. Layihə çərçivəsində həyata keçirilən tədbirlər gənc liderlərdə vətəndaş cavabdehliyi hissi və icmaya xidmət həvəsi artıracaqdır. Onlar öz icmalarında olan digər gənclərlə birlikdə çalışaraq gələcəkdə icma əsaslı layihələr həyata keçirəcəklər. Yerli və beynəlxalq təlimçilər tərəfindən aparılan təlimlərdə Bakı, Lənkəran, Masallı, Qax, Zaqatala, Qəbələ, İsmayıllı, Quba, Qusar rayon və kəndlərindən olan icma fəlları iştirak edirlər.
Tədbirin təlimçisi Emin Əmrullayev vurğulayıb ki, icma liderləri üçün mədəniyyət sahəsində təlimin təşkili onların mədəniyyətin idarə olunması sahəsində bilik və bacarıqlarını artırır ki, bu da tək iştirakçılar üçün deyil, həm də onların təmsil etdikləri icmalar üçün geniş mübadilə imkanları yaradır. Litvadan gələn beynəlxalq təlimçi Evelina Taunyte bildirib ki, gənclərin öz yaşadıqları icmanın həyatında iştirakı çox önəmli faktordur. Xüsusilə, kənd yerlərində bu proses həddindən artıq zəif nəzərə çarpır. Ona görə də bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da region gənclərinin mədəniyyət fəaliyyətlərinin idarə olunması istiqamətində bilik və bacarıqlarının artırılmasına ehtiyac var.
“Formal təhsil sistemində dar çərçivədə təhsil almış gənclərin rayon və kəndlərində yerli icmaların mədəni, sosial problemlərini həll etmək imkanı yoxdur. Bu layihə çərçivəsində nəzərdə tutulan qeyri-formal təhsil proqramları gənclərə formal təhsildən kənar öyrənmə bacarıqlarına yiyələnməyə şərait yaradır, onların özlərinə olan inamı artırır və öz icma mədəniyətinin inkişafina yardım etməsinə kömək edir” – deyə layihə rəhbəri Pərvanə Məmmədova bildirib.
“Mədəniyyət Fəaliyyətinin İdarə olunması” təlimi oktyabrın ayının 30-dək davam edəcək. Təlim Azərbaycan Gənclər Fondunun və Avropa Birliyinin Şərq Tərəfdaşlığı üzrə Mədəniyyət Proqramının dəstəyilə həyata keçirilir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3787″ id=”3787″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]