
Mayın 8-də Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Veloyürüş baş tutub.
Veloyürüşün keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliğ edilməsi, yaşıl dünya naminə ətraf mühitin qorunması, gənclərdə idmana həvəsin artırılması, zərərli vərdişlərdən uzaq olması və cəmiyyətin sağlam inkişafına töhfə verilməsi olub.
Veloyürüş Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Velosiped Federasiyası, “Gənc Könüllülər” İctimai Birliyi və “Gənc Lider Velosipedçilər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.