Tədbiri giriş sözü ilə açan, Tbilisidə yüksək fəallığı ilə seçilən Alyans Gənclər Mərkəzinin rəhbəri Leyla Əmrahova dünən başlayan Forumun gənclər arasında yeni ünsiyyət imkanları açdığını dedi. L.Əmrahova Alyansın fəaliyyətindən danışıb, gələcək planları açıqlayıb. Daha sonra ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov iki gün davam edən Forumun hər iki ölkə gəncləri arasında mühüm platforma rolunu oynayacağını qeyd edib: “Dünəndən başlayan Forum bu gün öz işinə yekun vurur. Maraqlı çıxışların, sualların, təkliflərin şahidi olduq. Bu Forum gələcəkdə reallaşacaq digər Forumlar üçün mühüm mərhələ oldu. Bu “Heydər Əliyev 100” ili çərçivəsində Qarabağlai bağlı baş tutan ilk beynəlxalq Forumdur və ardıcıl şəkil bütün dünya ölkələrində qeyd edilməldir. Bir daha fürsətdən istifadə edib Gənclər Fonduna layihəmizi dəstəklərinə görə təşəkkür etmək idirəm. Eyni zamanda, Gürcüstandakı səfirliyimizə, Azərbaycan Mədəniyyət Mərkəzinə, Alyans Gənclər Mərkəzinə, bütövlükdə mənəvi dəstək olan hər kəsə təşəkkür edirəm.” “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb, birgə layihələrin keçirilməsinin vacibliyini vurğulayın. Daha sonra Alyans Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova çıxış edərək Mərkəzin layihələrindən, perspektivdə duran məsələlərdən danışdı. Sonda ASGA adından Alyans Gənclər Mərkəzi Diplomla təltif olunub, gənclərin sualları cavablandırılıb, təkliflərin qeydiyyatı aparılıb.
Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi tərəfindən keçirilir.