“Azerbaijan Volunteering Week 2023”, which is based on the valuable recommendations addressed to young people by Great Leader Heydar Aliyev and implemented in five directions, continued its activities in the capital and regions on the fourth day.
On December 8th, during the Volunteering Week, which started the projects in the direction of “Sports and health”, a blood donation campaign called “Give blood, save life” was first organized. The action, which took place in partnership with the Blood Bank and TABIB, was carried out with the participation of about 60 Azerbaijani volunteers. The great interest in the organized projects once again demonstrates that the first vice-president Mehriban Aliyeva’s constant call to volunteers to be kind and noble causes the country’s youth to be directed to good deeds and help.
Ulu Öndər Heydər Əliyevin gənclərə ünvanladığı dəyərli tövsiyələrə əsaslanan və beş istiqamət üzrə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023” dördüncü günündə də paytaxt və bölgələrdə fəaliyyətini davam etdirib.
8 dekabr tarixindən etibarən “İdman və sağlamlıq” istiqaməti üzrə layihələrə start verən Könüllülük Həftəsində ilk olaraq “Qan ver, həyat qurtar” adlı qanvermə aksiyası təşkil edilib. Qan Bankının və TƏBİB-in tərəfdaşlığı ilə baş tutan aksiya, 60 nəfərə yaxın Azərbaycan könüllüsünün iştirakı ilə həyata keçirilib. Təşkil edilən layihələrə marağın böyük olması bir daha nümayiş etdirir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim könüllülərə mərhəmət və nəcib əməllərə çağırışı ölkə gənclərinin xeyirxah əməllərə, yardıma yönəlməsinə səbəb olur.
Gün içində həyata keçirilən layihələr arasında Azərbaycan Könüllüləri üçün “Qarabağ Atı” adlı şahmat seansı da baş tutub. Məntiqi təfəkkürün inkişafında xüsusi rol oynayan şahmat seansı zamanı ümumilikdə 30 könüllü iştirak edib. Sumqayıt şəhərində baş tutan oyun zamanı Azərbaycanın beynəlxalq qrossmeysteri, Avropa çempionatının qalibi Zeynəb Məmmədyarova da iştirak edərək şahmat həvəskarı olan könüllülərə qarşı mübarizə aparıb.
Qeyd edək ki, 2018-ci ildən etibarən ənənəvi olaraq Gənclər Fondu və tərəfdaş qurumların təşkilatçılığı ilə hər ilin dekabr ayında “Azərbaycan Könüllülük Həftəsi” layihəsi həyata keçirilir. Əvvəlki illərdə keçirilən tədbirlər gənclər və könüllülər tərəfindən böyük rəğbətlə qarşılanıb, könüllülüyün gənclər arasında təşviqi istiqamətində xüsusi rol oynamışdır.