
“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi “Region gəncləri üçün Sağlamlıq Festivalı” adlı layihə çərçivəsində Hacıqabul, Sabirabad və Şirvanda tədbirlər həyata keçirib.
Layihəni Azərbaycan Respublikasının Gənclər Fondunu maliyyələşdirib.
Layihənin həyata keçirilməsində əsas məqsəd regionlarda yaşayan gəncləri sağlamlıq festivalına cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək , gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclər arasında sağlam həyat tərzinin təbliği və sağlamlıq sahəsində təbliğat və maarifləndirmə işinin aparılması olub.
Ümumilikdə 360 nəfər gənc birbaşa festivalda iştirak edib. Festival çərçivəsində gənclər üçün müxtəlif formada interaktiv idman oyunları keçirilib. Region gəncləri üçün sağlamlığın faydaları haqqında maarifləndirici bukletlər nəşr olunaraq festivallar zamanı paylanılıb.
Layihənin əsas hədəf qrupu 14-29 yaş gənclər olmaqla, əsasəndə şəhər mərkəzi ilə yanaşı kənd və qəsəbələrdə yaşan gənclərdə fetivallarda iştirak edib.
Layihə çərçivəsində sağlamlıq sahəsi üzrə informasiya elçiləri hazırlanmışdır. İnformasiya elçiləri gələcəkdə müxtəlif vasitələrlə gənclərin mütamadi maarifləndirilməsi ilə məşğul olacaqlar.
Layihənin sonunda iştirakçı gənclərə sertifikatlar təqdim olunub