Azəri Gənclər Alyansı İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Qarabağa-qayıdış” – gənclərin çevik təşəbbüs qruplarının yaradılması” mövzusunda layihə həyata keçirir. Layihənin məqsədi maariflənmə yolu ilə keçmiş məcburi köçkün statusunda olan gənclərin (17-35 yaş qrupu) 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad etdiyimiz tarixi torpaqlara qayıdışa təşviq etmək və fəal gənclər arasından Qarabağa Qayıdış adlı çevik təşəbbüs qruplarını yaradaraq Böyük Qayıdış prosesində maarifləndmə işlərini təşviq etmək, eləcə də mövcüd ictimai-sosial məsələlərin həlllinə diqqətin yönəldilməsindən ibarətdir.
Azəri Gənclər Alyansı layihə çərçivəsində fevral ayının 23-ü və 24-də Sumqayıt şəhərinin Heydər Əliyev Mərkəzində 50-dən çox keçmiş məcburi köçkün statusu almış gənclər üçün 2 günlük maarifləndirici təlimlər həyata keçirib. Tədbirdə deputat Müşviq Məmmədli, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəsi Sevinc Qasımova və layihə ekspertləri istirak edib. Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim edilib, “Qarabağ-Azərbaycandır!” adlı posterlər paylanılıb.
Qeyd edək ki, Azəri Gənclər Alyansı İctimai Birliyi “Qarabağa-qayıdış” – gənclərin çevik təşəbbüs qruplarının yaradılması” layihəsi çərçivəsində gənclər arasında ictimai sorğu keçirərək sosial çarx hazırlanıb və sosial şəbəkələrdə yayılıb
Sosial çarxı aşağıdakı linklərdən izləyə bilərsiniz.
//www.youtube.com/watch?v=4lc0aWAUyuQ
//www.facebook.com/100064493748330/videos/1656177721478865
Layihə çərçivəsində növbəti təlimlərin mart ayının 3-ü və 4-də Sumqayıt və Bakı şəhərlərində keçirilməsi nəzərdə tutulur.