Azərbaycan Respublikasının Gənclər Fondu Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirildiyi 1 noyabr – 31 dekabr 2023-cü il tarixlərində növbəti “Intern Academy” layihəsi elan edilir. Proqramın əsas məqsədi dövlət qurumlarında və gənclər sahəsində fəaliyyət göstərən aparıcı təşkilatlarda öz ixtisasları üzrə təcrübə keçməyə maraqlı olan tələbə və gənc məzunların bilik və bacarıqlarını artırmaq, onların gələcək fəaliyyətlərinə dəstək olmaqdan ibarətdir.
Təcrübə proqramı haqqında:
- Proqramda 130 nəfər gəncin iştirakı nəzərdə tutulmuşdur;
- Təcrübə proqramı müvafiq sahələrə uyğun bölgü üzrə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində (1 ay), Azərbaycan Respublikasının Gənclər Fondunda (1 ay), Bakı şəhəri və bölgələrdə yerləşən Gənclər Evlərində (2 ay) (“Gənclər evi” sosial xidmət müəssisələri), Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasında (2 ay) və “Azərşəkər” MMC-də (3 ay) keçiriləcəkdir.
- Təcrübəçilər 1 noyabr tarixindən etibarən 2 həftə ərzində keçiriləcək şəxsi və peşəkar inkişafla bağlı təlimlərə cəlb olunacaqdır;
Təcrübə proqramına aşağıdakı sahələr üzrə müraciətlər qəbul olunur:
- İnsan resursları
- Maliyyə
- Biznesin idarə edilməsi
- Gənclərlə iş
- Sosial iş
- PR
Təcrübə proqramına kimlər müraciət edə bilər?
- Əsasən yuxarıda qeyd olunan sahələr üzrə bakalavr və ya magistr pillələrində təhsil alan tələbələr, həmçinin yeni məzunlar (son iki il ərzində) və 29 yaşadək olan Azərbaycan Respublikasının vətəndaşları;
- Bir neçə mövzu üzərində işləməyə və öyrənməyə hazır, bilik və bacarıqlarını artırmağa həvəsli şəxslər;
- Ümumi orta bilik göstəricisi (GPA) minimum 3.0 olan şəxslər;
- Namizədlərin təhlil qabiliyyəti və xarici dil biliklərinin olması arzu ediləndir;
- Yuxarıda göstərilən tələblərə uyğun olan müraciətçilər qeyd olunan qurumlar tərəfindən müsahibəyə dəvət olunacaqlar. Müsahibədə müvəffəqiyyət qazanmış şəxslərlə təcrübə müqaviləsi imzalanacaqdır.
Təcrübə proqramına necə müraciət etmək olar?
Təcrübə proqramına qoşulmaq istəyən şəxslər Gənclər Fondunun internet səhifəsində https://youthfoundation.az yerləşdirilən keçid vasitəsilə (https://forms.gle/kftiBY86Bf2VB5mCA) anket formasını dolduraraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 25 oktyabr 2023-cü il