Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi
və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən birgə icra olunan
“Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində “İşəgötürənlər üçün
Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir.
Gənclər arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn layihə gənc və təcrübəsiz
şəxsləri işə qəbul etməsi üçün işəgötürənləri həvəsləndirmək məqsədilə icra olunur.
Layihə çərçivəsində işlə təmin edilən gənclərin əməkhaqqılarının 50%-i Dövlət
Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək.
Layihəyə 18-29 yaş aralığında, məsuliyyətli və öyrənməyə həvəsi olan, iş təcrübəsi
olmayan, işsiz və işaxtaran gənclər müraciət edə bilərlər. Layihənin icrası zamanı Vətən
müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü
olan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük veriləcək.
Gənclər layihəyə www.genc.az saytı və “GəncApp” mobil tətbiqi vasitəsilə müraciət edə
bilərlər.
Müraciətlərin qəbulu 15 iyul tarixindən başlamaqla 1 sentyabradək davam edəcək.